DSX, DİN və DTX əməliyyat keçirib, külli miqdarda narkotik dövriyyədən çıxarılıb

DSX, DİN və DTX əməliyyat keçirib, külli miqdarda narkotik dövriyyədən çıxarılıb
# 21 may 2021 12:09 (UTC +04:00)

Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Dövlət Sərhəd Xidmətindən (DSX) APA-ya verilən məlumata görə, Neftçala rayonunda keçirilən əməliyyat nəticəsində Neftçala rayonu Həsənabad kənd sakini 1974-cü il təvəllüdlü Salahov Qüdrət İbadulla oğlunun həmin rayonun Kürdili adasında sahibsiz evdə gizlətdiyi ümumi çəkisi 11 kq 770 qram narkotik vasitəyə bənzər maddə (7 kq 625 qram heroin, 4 kq 145 qram tiryək) aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR