DSX: Laçında iki hərbi qulluqçumuz yol qəzasında dünyasını dəyişib - FOTO - VİDEO - YENİLƏNİB

DSX: Laçında iki hərbi qulluqçumuz yol qəzasında dünyasını dəyişib - FOTO  - VİDEO  -  YENİLƏNİB
# 16 iyun 2021 22:41 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


21:03

İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.

APA-nın sorğusuna cavab olaraq DSX-dən bildirilib ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu dünyasını dəyişib.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR