Dünən cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
# 02 dekabr 2021 09:10 (UTC +04:00)

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 43 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 17 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 57 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR