DYMX-nin rəis müavini Heydər Əliyev prospektində baş verən yanğın barədə məlumat verib

Əkbər Novruzov

© APA | Əkbər Novruzov

# 24 avqust 2021 15:32 (UTC +04:00)

Heydər Əliyev prospektində baş verən yanğın nəticəsində divarın alkopan üzlüyü 250 kvadratmetr sahədə yanıb.

APA-nın xəbərinə görə, bunu bu gün Heydər Əliyev prospektində baş verən yanğınla bağlı jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəis müavini Əkbər Novruzov deyib.

Rəis müavini bildirib ki, divarın qalan hissəsi və arxa hissədə yerləşən meyvə-tərəvəz bazası, ona məxsus avtomobil təmiri emalatxanası yanğından mühafizə olunub. Hazırda yanğının baş vermə səbəbi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR