DYP "Qarabağ"-"Bazel" oyunu ilə bağlı vətəndaşlara müraciət edib

Bakı Olimpiya Stadionu

© APA | Bakı Olimpiya Stadionu

# 15 sentyabr 2021 16:29 (UTC +04:00)

Bakı şəhər Dövlət Yol Polisi idarəsi sentyabrın 16-da Konfrans Liqasının qrup mərhələsinin I turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Bazel" oyunu ilə bağlı sürücülərə və vətəndaşlara müraciət edib.

Qurumdan APA-ya verilən məlumata görə, hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə sabah Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülərin Bakı Nəqliyyat Agentliyinin yanından Böyük Şor bulvarı -Olimpiya Stadionu istiqamətində, Heydər Əliyev prospektindən hərəkət edən sürücülərin isə 5 saylı "ASAN Xidmət"in yanından hərəkəti məhdudlaşdırılacaq:

"Vətəndaşlardan stadiona nəqliyyat vasitələri ilə gəlməmələri və ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunub. Eyni zamanda, vətəndaşlar pandemiyanın davam etdiyini nəzərə alaraq xüsusi karantin qaydalarına əməl etməlidirlər.

Sürücü və vətəndaşlardan xahiş edirik ki, əraziyə "Koroğlu" metrostansiyasının yanından təhlükəsiz piyada keçidi ilə daxil olsunlar", - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR