Ehtiyatsızlıqdan həmkəndlisini öldürən kran sürücüsü haqqında iltizam qətimkan tədbiri seçilib

Ehtiyatsızlıqdan həmkəndlisini öldürən kran sürücüsü haqqında iltizam qətimkan tədbiri seçilib
# 06 sentyabr 2021 14:17 (UTC +04:00)

İyunun 12-də Zaqatala rayonunun Göyəm kəndində Şəmsəddin İgidovun stasionar qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Zaqatala Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, istintaqla müəyyən edilib ki, Nail Bayramov idarə etdiyi 62-AC-524 dövlət qeydiyyat nişanlı kranla həmkəndlisinin həyətində müəyyən işlər görən zaman kranın sürücü kabinəsini döndərərkən kabinənin arxa hissəsinin orada dayanan digər həmkəndlisi Şəmsəddin İgidova dəyməsi nəticəsində sonuncu xəsarət alıb, göstərilmiş tibbi yardıma baxmayaraq aldığı xəsarətlərdən ölüb.

Bayramov Nail Nazim oğluna Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR