Elektron qolbaq daşıyan şəxs narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğu üçün yenidən saxlanılıb

Elektron qolbaq daşıyan şəxs narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğu üçün yenidən saxlanılıb
# 30 iyun 2021 10:39 (UTC +04:00)

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə və kultivasiyasına qarşı əməliyyat tədbiri keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı narkotik vasitələri əkib-becərməkdə şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər də məhkum olunmuş Əliağa Rəhimov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 7 kiloqram 130 qram olan 14 ədəd çətənə kolu aşkar edilib. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və aqrotexniki qaydada xüsusi qulluq edərək yetişdirdiyini bildirib.
Qeyd edək ki, Ə.Rəhimov azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsdir. O, məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilib. Buna baxmayaraq həmin şəxs analoji cinayət əməli törətdiyi üçün polis əməkdaşları tərəfindən yenidən saxlanılıb.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR