ƏN: Statistikaya görə, bir narkotik istifadəçisi il ərzində 5-17 şəxsi narkomanlığa cəlb edə bilir

ƏN: Statistikaya görə, bir narkotik istifadəçisi il ərzində 5-17 şəxsi narkomanlığa cəlb edə bilir
# 26 iyul 2021 12:13 (UTC +04:00)

“Narkotikdən gələn gəlir bəzi ölkələrdə büdcənin bir qismini təmin edir. Bu gəlir, demək olar ki, digər sahələrdən gələn gəlirlə eynidir”.

APA-nın məlumatına görə, bunu Tibb Baş İdarəsinin narkologiya üzrə inspektoru-həkim Fərman Fərmayılov bildirib.

Onun sözlərinə görə, narkomaniyanın hədəflədiyi ilk olaraq imkanlı ailələrin övladlarıdır: “Çünki müəyyən müddətdən sonra narkotik istifadəsi üçün müəyyən pul vəsaiti lazım olur. Statistikaya görə, bir narkotik istifadəçisi il ərzində 5-17 şəxsi narkomanlığa cəlb edə bilir”.

Eyni zamanda, Ədliyyə Nazirliyinin canlı yayımında qeyd edilib ki, dünyada 2 milyon narkoman var. Onun 40-45 faizi isə qadın və uşaqlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR