Erməni terrorçu qrupun üzvləri məhkəmədə ifadə verib - YENİLƏNİB-2

Erməni terrorçu qrupun 13 üzvünün məhkəməsi

© APA | Erməni terrorçu qrupun 13 üzvünün məhkəməsi

# 01 iyul 2021 17:31 (UTC +04:00)

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin bir qrupunun - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi bu gün fasilədən sonra davam etdirilib

APA xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dəstənin digər üzvü Karen Aramyan ifadə verərək bildirib ki, onlar mühafizə etdikləri ərazidə heç bir yaşayış olmayıb: "Biz 13-14 gün orda qalandan sonra Kazaryan dedi ki, aşağı düşün. Aşağı düşəndə Azərbaycan hərbçiləri ilə rastlaşdıq. Onlar bizi saxladı, silahlarımızı aldılar. Azərbaycan əsgərləri bizə heç bir təzyiq göstərmədi".

Prokurorun suallarını cavablandıran K. Aramyan bildirib ki, Hadrut ərazisinə gəlməkdən imtina edə bilməyib: "Mənə demişdilər ki, Hadruta getməkdən imtina etsəm, mənə cinayət işi başlayıb fərari kimi həbs edəcəklər. Hadrutda silahlı dəstələrin hansının hansı ərazidə olmasını Kazaryan təyin edirdi. O qərar verəndən sonra bizim postları təyin edirdilər. Mən 2013-2015-ci illərdə Qubadlı rayonundakı hərbi hissədə xidmət etmişəm. Bilirdim ki, ora Azərbaycan ərazisidir, amma etiraz edə bilməzdim. Çünki orda ermənilər yaşayırdı, bizi ora xidmətə göndərmişdilər".

Daha sonra ifadə verən Eduard Giraqusyan bildirib ki, onu hərbi hissəyə çağırıb, hərbi ləvazimatla təmin ediblər: "Bizə dedilər ki, Ermənistan ərazisindəki postlara gedəcəksiniz".

Hakim deyib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsində ziddiyyətlər var. Həmin ziddiyyətlər ondan ibarətdir ki, təqsirləndirilən şəxs istintaqa ifadəsində Azərbaycan hərbiçilərinə müqavimət göstərmək barədə rəhbərliklərindən tapşırıq aldıqlarını qeyd edib.

Təqsirləndirilən Volodya Akopyan ifadəsində deyib ki, Qarabağa döyüşməyə könüllü getməyib, onu məcbur aparıblar: "Müharibəyə getməsəydim, məni mühakimə edəcəkdilər. Bilsəydik ki, ora Azərbaycan ərazisidir, getməzdik. Biz həmin ərazilərin Azərbaycan ərazisi olduğunu bilməmişik".

Proses iyulun 5-də davam edəcək.

***

13.34

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin bir qrupunun - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodiya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər qanunsuz şəkildə odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar.

Təqsirləndirilən şəxslər ötən il noyabrın 17-də dövlət sərhədini qanunsuz keçərək Xocavənd rayonunun Hadrut qəsəbəsindəki meşəlik ərazilərdə yerləşiblər.

Onlar ötən il dekabrın 13-nə qədər həmin ərazilərdə terror-təxribat törədiblər. Belə ki, ittiham olunan şəxslər habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç və digərlərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.

Hakim bildirib ki, əvvəlcə təqsirləndirilən şəxslərin dindirilməsi ilə proses davam edəcək, daha sonra şahidlər dindiriləcək, sonda isə sənədlərin tədqiq mərhələsi keçiriləcək.

Prosesdə təqsirləndirilən şəxslərə ifadə vermək təklif edilib.

Təqsirləndirilən Qevorkyan Robert Ovikoviç ifadəsində Qarabağa gəlməsindən danışıb: "Bizi noyabrın 26-da hərbi hissəyə çağırdılar. Bizə silahlar verdilər. Gecə yol gəldik. Səhər açılanda başa düşdük ki, Laçındayıq. Orada Rusiya sülhməramlılarının gördük. Komandirlərimiz sülhməramlılarla danışdılar, onların razılığı ilə yolumuzu davam etdirdik. Bir qədər getdikdən sonra maşından düşdük, yolumuza piyada davam etdik”.

R. Qevorkyan Dekabrın 13-dək dağda postda qaldıqlarını, həmin gün əmr gəldikdən sonra aşağı düşdüklərini bildirib: “Bizi Ermənistana aparacaqdılar. Aşağı düşəndə komandirlərimiz yox idi. Qarşımıza Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri çıxdı. Həmin əsgərlərin komandiri özünü təqdim etdi, bizə silahları yerə qoyub, təslim olun dedi. Biz də təslim olduq".

Prokurorun suallarına cavab verən təqsirləndirilən şəxs bildirib ki, onlar hərbi hissəyə çağırılanda müharibənin bitdiyini biliblər: "Bizi ehtiyat qüvvə kimi cəbhəyə apardılar. Dedilər ki, orada olan əsgərləri əvəz etməliyik, əsgərlər dincəlsinlər. 100 nəfər idik, bizi bir avtobusla dağa apardılar".

Təqsirləndirilən şəxsin sözlərinə görə, müharibənin bitməsi ilə bağlı imzalanan bəyannamənin məzmunundan xəbəri olmayıb: "Biz hesab edirdik ki, sülh müqaviləsi ilə bağlı atəşkəs elan olunub. Bizim olduğumuz yer Laçın ərazisi olub. Əvvəllər Laçın ərazisində olmamışam. Dağda olanda komandirim Arsen Kazaryan olub. Rütbəsi polkovnik-leytenant idi. Biz onu komandir kimi qəbul etmişik, ona tabe olmuşuq".

Təqsirləndirilən şəxs deyib ki, Rusiya sülhməramlılarının postundan keçən zaman qeydiyyatlarının aparılması ilə bağlı heç nə bilməyib, sülhməramlılarla komandirləri danışıb.

Daha sonra prokurorun vəsatəti əsasında R. Qevorkyanın ibtidai istintaqda verdiyi ifadəsi elan olunub. O, istintaqa verdiyi ifadəsində deyib ki, Arsen Kazaryandan əlavə, polkovnik Artur Muradayan da onlara rəhbərlik edib: "Biz iki saata yaxın yol gəldik. Dağa çatanda içində hərbiçilər olan maşınla rastlaşdıq. Arsen Kazaryan bizi dağa apardı. Bizi orada qoyandan sonra özü başqa yerə getdi. Dekabrın 13-dək orada qaldıq. Məqsədimiz orada mövqelərimizi qorumaq idi, bizə yaxınlaşan Azərbaycan əsgərlərinə silahlı müqavimət göstərmək tapşırılmışdı. Arsen həmin ərazilərin Ermənistana aid olduğunu deyib, biz də ona inanmışıq. Orada bölgü ilə xidmət aparmışıq. Dekabrın 13-də bizə rəhbərlik edən hərbçi Arsen Kazaryanla danışdı. Bizim dağdan düşməyimizə Arsen əmr verdi”.

Proses fasilədən sonra davam etdiriləcək.

***

10.22

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin bir qrupunun - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodiya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktını elan olunur.

***

07.54

Bu gün Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin bir qrupunun - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodiya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

APA xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktının elan olunacağı gözlənilir.

Qeyd edək ki, rəsmi məlumata əsasən Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR