Erməni terrorçu Şuşa yaxınlığında Azərbaycan və Rusiya hərbçilərinə partlayıcı atıb, 1 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Erməni terrorçu Şuşa yaxınlığında Azərbaycan və Rusiya hərbçilərinə partlayıcı atıb, 1 nəfər yaralanıb - VİDEO  - YENİLƏNİB
# 13 noyabr 2021 11:29 (UTC +04:00)

Əldə etdiyimiz məlumata əsasən, 2021-ci il 13 noyabr tarixində, səhər saatlarında Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvü tərəfindən Şuşa şəhəri yaxınlığındakı postda xidmət edən hərbiçilərə qarşı törədilən terror aktı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) “Twitter” səhifəsində bildirilib.

***

saat 10:50

Şuşa yaxınlığında, Xankəndi-Laçın yolunda Azərbaycan Ordusunun və Rusiya sülhməramlı qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə partlayıcı atılıb.

APA-nın xəbərinə görə, Şuşanın girişində avtomobillə hərəkət edən erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə partlayıcı atıb.

O, artıq saxlanılıb.

İnsidentə görə yol bağlansa da, bir müddət sonra açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR