Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşən xarici vətəndaş 10 il azadlıqdan məhrum edilib- YENİLƏNİB-1 - VİDEO

Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşən xarici vətəndaş 10 il azadlıqdan məhrum edilib- <span class="red_color">YENİLƏNİB-1 - <span class="red_color">VİDEO
# 22 iyul 2021 10:41 (UTC +04:00)

Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E.Dubakov 10 il müddətinə azadlıqdan məhrum edilib. 

O, cəzasını ümümi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Bundan başqa, hökmdə qeyd edilib ki,  E. Dubakov cəzası başa çatandan sonra Azərbaycan hüdudlarından məcburi çıxarılmalıdır.

***

10:20

Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə E. Dubakovun son söz deyib.

E. Dubakov özünü təqsirli bilmədiyini və məhkəmənin ədalətinə inandığını deyib.

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə yollanıb.

 

***

07:34

Bu gün Ermənistan tərəfindən Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibinə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə E. Dubakovun son söz deyəcəyi və məhkəmədə hökm oxunması gözlənilir.

Xatırladaq ki, prokuror çıxış edərək E. Dubakovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində  çəkməklə 11  il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Edurard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib. 

Daha sonra bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib. Keçirilən əməliyyat nəticəsində  E. Dubakov saxlanılıb.

Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR