Ermənilərdən ibarət terrorçu silahlı birləşmənin daha bir neçə üzvü məhkəmədə ifadə verib - YENİLƏNİB-2 - VİDEO

Ermənilərdən ibarət terrorçu silahlı birləşmənin daha bir neçə üzvü məhkəmədə ifadə verib  - YENİLƏNİB-2  - VİDEO
# 01 iyul 2021 17:17 (UTC +04:00)

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun - Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.

Təqsirləndirilən Dilanyan Arman Vazgenoviç deyib ki, ötən il noyabrın 27-də Ermənistan sərhədlərini qorumaq üçün hərbi komissarlığa çaöırılıb: "Bizi gecəynən Laçına gətirdilər, səhəri rus sülhməramlıların postundan keçirərək, dağlıq əraziyə apardılar. Piyada dağa qalxdıq. Orada digər erməni hərbiçilərin növbəsini dəyişməliydik. Bizə oranın Ermənistan ərazisi olduğu və sərhədlərimizi qoruduğumuzu demişdilər. Bir müddət qalandan sonra komandirimiz Arsen Kazaryanın əmri ilə dağdan endik. Həmin vaxt Azərbaycan hərbçiləri tərəfindən saxlanıldıq, silahlarımızı təhvil verib, təslim olduq".

Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsində qeyd edib ki, məqsədləri orada mövqelərini qorumaq, posta yaxınlaşan azərbaycanlılara silahlı müqavimət göstərmək olub.

Prokurorun suallarını cavablandıran Arman Dilanyan bildirib ki, müharibə zamanı Cəbrayıl istiqamətinə cəlb olunub. Oktyabrın 3-dən 15-dək Cəbrayıl ərazisində döyüşlərdə olduğunu deyən A. Dilanyan ayın 15-də oradan qaçdığını bildirib: “Müharibə bitəndən sonra hərbi polis gəldi ki, indi getməsən, hərbi xidmətdən yayındığım üçün məni həbs edəcəklər. Bu səbəbdən hərbi komissarlığa getdim".

Təqsirləndirilən şəxsin ibtidai istintaqdakı ifadəsindən aydın olub ki, Cəbrayılda 200-ə yaxın erməni ilə birlikdə Azərbaycan ordusuna qarşı döyüş əməliyyatlarında iştirak edib.

Daha sonra prosesdə Soğomanyan Setrak Samveloviç dindirilib. O da oxşar ifadə verib. Bildirib ki, hərbi komissarlıqdan avtobusla Laçına, oradan Xocavəndə aparılıblar.

Suallara cavab verən S. Soğomanyan müharibə vaxtı Cəbrayıl istiqamətində döyüşlərdə iştirak etdiyini bildirib: "Döyüşlər zamanı silahdan istifadə etməmişəm. Biz geri çəkilmişik, daha sonra mən evə qaçdım. Hərbi polis məni axtarırdı. Bildirmişdilər ki, hərbi komissarlığa getməsəm, cinayət işi açacaqlar. Ona görə noyabrında 27-də hərbi komissarlığa yollandım. Noyabrın 10-da olan üçtərəfli bəyanatdan məlumatım olub. Bilirdim ki, müharibə başa çatıb".

Prosesdə sərbəst ifadə verən Karapetyan Rafik Robertoviç də noyabrda hərbi komissarlığa çağırıldığını, ordan Laçına, daha sonra Xocavənd istiqamətə gətirildiklərini deyib: "13-14 gün orda qaldıqdan sonra evə qayıdacağımızı dedilər. Biz aşağı enəndə Azərbaycan Ordusu tərəfindən saxlandıq".

R. Karapetyan da Cəbrayıl istiqamətində müharibədə iştirak etdiyini bildirib: "Ötən il oktyabrın 4-də Cəbrayıldan qaçaraq Qubadlı ərazisinə keçdim. Orada da Gorusa gəldim, silahımı polisə təhvil verdim. Daha sonra rayonumuza qayıtdım. Lakin müharibədən qaçdığım üçün axtarışa vermişdilər. Müharibə bitəndən sonra dedilər hərbi komissarlığa gəlməsəm, məni 12 ilə qədər həbs gözləyir".

Proses iyulun 5-də davam etdiriləcək.

***

12.55

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun - Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.

Prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər qanunsuz şəkildə odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar.

Sözügedən şəxslər ötən il noyabrın 17-də dövlət sərhədini qanunsuz keçərək Xocavənd rayonunun Hadrut qəsəbəsindəki meşəlik ərazilərdə yerləşiblər.

Onlar ötən il dekabrın 13-nə qədər həmin ərazilərdə terror-təxribat törətməkdə ittiham olunurlar. Belə ki, ittiham olunan şəxslər habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Hakim bildirib ki, təqsirləndirilən şəxslərin törətdikləri əməl məhkəmə istintaqında təsdiqini taparsa, onlar 14 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrum edilə bilərlər.

Prosesdə fasilə elan olunub. Fasilədən sonra təqsirləndirilən şəxslər ifadə verəcək.

***

10.08

Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun - Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov sədrliyi keçiriləcən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib.

Prokuror ittiham aktının elan edir. Təqsirləndirilən şəxslərin ifadə verəcəyi gözlənilir.

***

07.51

Bu gün Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun - Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov sədrliyi keçiriləcək prosesdə ittiham aktının elan ediləcəyi və təqsirləndirilən şəxslərin ifadə verəcəyi gözlənilir.

Qeyd edək ki, rəsmi məlumata əsasən Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaratmışlar. Onlar 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Həmin silahlı dəstənin 14 nəfər üzvü barəsində cinayət işinin istintaqının yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilməsi barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.

Hazırda sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç və qeyrilərinin, ümumilikdə 13 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR