Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub - VİDEO - YENİLƏNİB

Müdafiə Nazirliyi

© APA | Müdafiə Nazirliyi

# 27 iyun 2021 11:33 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


10:43

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR