Əslən Bakıdan olan “qanuni oğru” Taleh Dağlıyev Rusiyada saxlanılıb - FOTO - VİDEO

Əslən Bakıdan olan “qanuni oğru” Taleh Dağlıyev Rusiyada saxlanılıb - FOTO  - VİDEO

© APA | Taleh Dağlıyev

# 15 sentyabr 2021 22:46 (UTC +04:00)

Əslən Bakıdan olan azərbaycanlı “qanuni oğru” Taleh Dağlıyev Rusiyanın Stavropol diyarının Mineralnıe Vodı şəhərində polis tərəfindən saxlanılıb.

APA "Prime Crime"a istinadən xəbər verir ki, daha çox Tolik Noqinski kimi tanınan 37 yaşlı Taleh Dağlıyev haqqında qanunsuz narkotik maddə saxlama ittihamı ilə cinayət işi başladılıb.

Taleh Dağliyevin dediyinə görə, o, Mineralnıye Vodı şəhərinə keçən cümə müalicə üçün gəlib.

Axtarışı zamanı onun üzərindən külli miqdarda heroin aşkar edilərək götürüldüyü bildirilir.

Əməliyyatçıların Taleh Dağlıyevə “qanuni oğrular”la əlaqəsinin olub-olmamasını soruşduqda, “onlardan uzağam”, deyə cavab verib.

Əgər Taleh Dağlıyevin günahı sübuta yetirilsə, onu 10 ilə qədər həbs cəzası gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR