Evində narkotik gizlədən Göyçay sakini saxlanılıb

Evində narkotik gizlədən Göyçay sakini saxlanılıb

© APA | Evində narkotik gizlədən Göyçay sakini saxlanılıb

# 23 sentyabr 2021 10:46 (UTC +04:00)

Göyçay Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Göyçay şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Adil İsgəndərovun yaşadığı ünvanda narkotik vasitə gizlətməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı o, şübhəli şəxs qismində saxlanılıb və yaşadığı ünvandan 465 qram qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR