FHN Ağcabədidə 3 nəfərin öldüyü yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi

© APA | Fövqəladə Hallar Nazirliyi

# 02 dekabr 2021 10:53 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Ağcabədidə baş verən yanğınla bağlı məlumat açıqlayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Ağcabədi rayonunun Hindarx qəsəbəsində hər mərtəbəsi 169 m² olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 88 m² sahədə, dam örtüyü 90 m² sahədə və bitişik ümumi sahəsi 90 m² olan talvarın lambirindən ibarət tavanı yanıb. Yanğının kəşfiyyatı zamanı evin 2-ci mərtəbəsində tüstüdən zəhərlənmiş halda aşkarlanan 3 nəfər yanan evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Evin qalan hissəsi və talvarın altında olan 3 ədəd minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olunan məlumata əsasən, tüstüdən zəhərlənmiş şəxslər xəstəxanada vəfat edib.

Hadisə ilə əlaqədar müvafiq qurumar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR