FHN Bakıda intihara cəhdin qarşısını alıb

FHN Bakıda intihara cəhdin qarşısını alıb
# 01 noyabr 2021 09:04 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin pilləkən qəfəsindəki pəncərəyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. APA-nın nazirliyin saytına istinadən xəbərinə görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR