FHN Bərdədə çoxmənzilli binada yanğınla bağlı məlumat yayıb - FOTO - YENİLƏNİB -1 - VİDEO

FHN Bərdədə çoxmənzilli binada yanğınla bağlı məlumat yayıb  - FOTO   - YENİLƏNİB -1  - VİDEO
# 29 oktyabr 2021 09:30 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bərdədə baş verən yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən xəbərinə görə, Bərdə şəhərində ümumi sahəsi 640 m² olan, bir dam altında tikilmiş birmərtəbəli onüçmənzilli yaşayış binasının yanar konstruksiyaları (arakəsmə divarları taxta konstruksiyalardan, kərpicdən, dam örtüyü qır və qamışdan ibarət) və qismən ev əşyaları yanıb. Bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı ölən və xəsarət alan olmayıb.

***

04:30

Bərdə şəhərində yaşayış binasında yanğın nəzarət altına alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

saat 02.48

Bərdədə çoxmənzilli binada yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Heydər Əliyev prospektində, rayon icra hakimiyyəti binasının yaxınlığında qeydə alınıb.

Əraziyə yanğınsöndürən briqada cəlb olunub. ətraf binalardan əhali təxliyə edilib. Qonşu rayonlardan kömək üçün əlavə qüvvə çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR