FHN Bərdədə pambıq tədarükü zamanı yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib - FOTO

FHN Bərdədə pambıq tədarükü zamanı yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

© APA | FHN Bərdədə pambıq tədarükü zamanı yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

# 11 sentyabr 2021 11:46 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “MKT İstehsalat Kommersiya” MMC-nin Bərdə filialında pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunmasına dair maarifləndirmə tədbiri keçirib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, tədbirdə müəssisənin əməkdaşları iştirak ediblər.

"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən tədbirdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı texnikalarının ilkin yanğınsödürmə vasitələri və qığılcımsöndürənlərlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanması, açıq oddan istifadə edilməsi, siqaret çəkilməsinin yolverilməzliyi vurğulanıb. Eyni zamanda, tədbirdə su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların təşkil edilməsinin zəruriliyi də nəzərə çatdırılıb, müəssisə əməkdaşlarının mövzu ilə bağlı sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR