FHN: Dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə barədə məlumat daxil olmayıb - VİDEO - YENİLƏNİB

FHN: Dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə barədə məlumat daxil olmayıb - VİDEO  - YENİLƏNİB
# 05 iyul 2021 00:49 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 23:59

4 iyul 2021-ci il tarixində axşam saatlarında sosial şəbəkə və saytlarda yayılmış və dənizdə alovu əks etdirən videogörüntülərlə əlaqədar bildiririk ki, Fövqəladə Hallar Nazirliyinə ölkə ərazisində gün ərzində dənizdəki neft infrastrukturu və ya sənaye obyektlərində hər hansı fövqəladə hadisə baş verməsi barədə məlumat daxil olmayıb.

APA xəbər verir ki, bu barədə məlumatı FHN-in Mətbuat xidməti yayıb.

Qeyd edilir ki, bununla belə, hazırda aidiyyəti qurumların mütəxəssisləri ilə birlikdə videogörüntülərdə əks olunan yanğın hadisəsi ilə əlaqədar araşdırma aparılır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR