FHN əməkdaşı Avrasiya Çempionatının qalibi olub

Nurlan Kərimov

© APA | Nurlan Kərimov

# 24 noyabr 2021 15:50 (UTC +04:00)

Noyabrın 20-21-fə Türkiyə Respublikasının Bursa şəhərində Alpaqut Turan Döyüş Sənəti üzrə Avrasiya Çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, çempionatda doqquz ölkədən 300-ə yaxın idmançı iştirak edib.

Yarışda ölkəmizi təmsil edən idmançılar sırasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Nurlan Kərimov da olub. 85 kq çəki dərəcəsində mübarizə aparan idmançı çempionatı qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 1-ci yerə layiq görülən idmançımız dünya çempionatına vəsiqə qazanıb.

Qeyd edək ki, Nurlan Kərimov Azərbaycan çempionu olmaqla yanaşı, ikiqat dünya çempionudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR