FHN Gəncədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Açıq qapı günü” keçirib - FOTO - VİDEO - YENİLƏNİB

FHN Gəncədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Açıq qapı günü” keçirib

© APA | FHN Gəncədə Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Açıq qapı günü” keçirib

# 01 iyun 2021 16:07 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

10:48

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vətən müharibəsində şəhid olanların övladları üçün “Açıq qapı günü” keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, FHN İşçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən tədbirdə FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev, FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Nazirliyin Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Asif Məmmədli, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər Təhsil şöbəsinin məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları oyuncaqları təqdim edilib. Xilasedicilər və yanğınsöndürənlərlə söhbət uşaqlarda böyük maraq yaradıb.

Daha sonra uşaqlar nazirliyin psixoloqları tərəfindən təşkil olunmuş intellektual oyun və qrup yarışlarına cəlb olunublar.

Tədbir asfalt üzərində rəsm yarışması ilə davam etdirilib.

Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyi daim uşaqların təhlükəsizliyini diqqət mərkəzində saxlayır, bununla bağlı maarifləndirmə tədbirləri keçirir.

Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR