FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib - VİDEO

Fövqəladə Hallar Nazirliyi

© APA | Fövqəladə Hallar Nazirliyi

# 24 noyabr 2021 12:08 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə xəbərdarlıqda deyilir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 24-ü günün ikinci yarısından başlayaraq noyabrın 27-dək ölkə ərazisində hava şəraitinin dəyişərək qeyri-sabit və yağıntılı keçəcəyi, xüsusilə noyabrın 25-i gündüzədək güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır: "Xüsusilə, bir sıra ərazilərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında gözlənilən güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi prosesini mürəkkəbləşdirdiyini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir".

Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR