FHN gücləndirilmiş iş rejiminə keçib

FHN gücləndirilmiş iş rejiminə keçib
# 06 noyabr 2021 18:18 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyəti, habelə bayram şənlikləri ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR