Lənkəranda meşə yanğınının söndürülməsinə helikopter cəlb olunub - FOTO - YENİLƏNİB

Lənkəranda meşə yanğınının söndürülməsinə helikopter cəlb olunub - FOTO  - YENİLƏNİB
# 03 avqust 2021 18:50 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran rayonu, Moloja kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Saat 18:30

Lənkəran rayonunun Osaküçə meşəbəyliyinin ərazisində, Hirkan Milli Parkı ilə sərhəddə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğın dağlıq-meşəlik ərazidə qeydə alınıb.

Hazırda yanğının söndürülməsi istiqamətində FHN-in müvafiq qurumları tərəfindən lazımı tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR