FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - FOTO

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib - FOTO
# 16 oktyabr 2021 13:09 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidməti Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin Liman bölməsində “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda təlim keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, hündürmərtəbəli binalardan zərərçəkmişlərin təxliyə edilməsi üzrə şəxsi heyətin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı Mərkəzin xilasediciləri şərti zərərçəkmişləri “hündürmərtəbəli bina”dan təxliyə edərək onlara təxirəsalınmaz ilkin tibbi yardım göstərib, həmçinin qarşıya qoyulmuş digər tapşırıqları icra ediblər.

Yekunda təlimin nəticələri müzakir olunub, müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR