FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb - FOTO - VİDEO - YENİLƏNİB

FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb - FOTO  - VİDEO  - YENİLƏNİB

© APA | FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşüb

# 05 avqust 2021 11:10 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu qardaş Türkiyə Respublikasına yola düşüb.

APA-nın məlumatına görə, yardım karvanı Bakı vaxtı ilə saat 11-00 da yola çıxıb.

Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 150 nəfər yanğınsöndürən daxildir.

Qeyd edək ki, qrupa daxil olan 1 ədəd BE-200ÇS" tipli amfibiya təyyarəsi bir günlük texniki baxışdan sonra bu gün səhər saatlarında yanğın davam edən ərazilərə geri qayıdıb.

Yardım karvanının yola salınmasına FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR