FHN-in yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizəni davam etdirir - VİDEO

FHN-in yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirir

© APA | FHN-in yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirir

# 05 avqust 2021 18:00 (UTC +04:00)

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.

APA-nın məlumatına görə, FHN-in yanğınsöndürmə qüvvələri bir neçə istiqamətdə yanğınsöndürmə işləri həyata keçirir.

Qeyd edək ki, bu gün FHN-in yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu qardaş Türkiyə Respublikasına yola düşüb.

Yardım karvanı Bakı vaxtı ilə saat 11-00 da yola çıxıb. Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 150 nəfər yanğınsöndürən daxildir.

FHN-in "BE-200ÇS" tipli amfibiya təyyarəsi artıq Türkiyəyə çatıb. Təyyarə Muğla şəhər Dalaman hava limanına eniş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR