FHN: İşğaldan azad edilmiş ərazilərdə basdırılan minalar yanğınların söndürülməsini çətinləşdirir - VİDEO

FHN: İşğaldan azad edilmiş ərazilərdə basdırılan minalar yanğınların söndürülməsini çətinləşdirir - VİDEO
# 02 iyun 2021 12:50 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi havaların isinməsi ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə artan yanğın təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, hazırda ərazilərin yenidən qurulması və bərpası, infrastruktur və digər obyektlərin tikintisi və başqa fəaliyyətlərlə bağlı xüsusi icazə əsasında işğaldan azad edilmiş ərazilərə səfərlər təşkil edilir.

Qeyd olunub ki, havaların isinməsi ilə əlaqədar yanğınların baş vermə və sürətlə yayılma təhlükəsini, habelə işğaldan azad olunmuş ərazilərimizdə meşə fondu, flora və faunanın zənginliyini nəzərə alsaq, yanğın təhlükəsizliyi ilə bağlı xırda ehtiyatsızlıq və ya məsuliyyətsizlik böyük fəsadlara səbəb ola bilər. Həmin ərazilərdə düşmən tərəfindən çoxsaylı minaların basdırılması isə yanğınların söndürülməsi işini xüsusilə çətinləşdirir.

"Yuxarıda qeyd olunanları, o cümlədən işğaldan azad edilmiş ərazilərdə baş verə biləcək yanğınların söndürülməsi zamanı mina təhlükəsi ilə əlaqədar yanğınsöndürənlərin həyati risk daşıdığını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi həmin ərazilərə xüsusi icazə ilə səfər edən vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin vacibliyini bir daha xatırladır.

Unutmayın: qaydalara biganəlik həyatımıza təhlükədir!

Təhlükə zamanı “112”-yə zəng edin!"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR