FHN mehmanxana və istirahət tipli obyektlərdə maarifləndirmə tədbirləri keçirib

FHN mehmanxana və istirahət tipli obyektlərdə maarifləndirmə tədbirləri keçirib

© APA | FHN mehmanxana və istirahət tipli obyektlərdə maarifləndirmə tədbirləri keçirib

# 29 iyul 2021 14:22 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir.

APA-nın Nazirliyə istinadən məlumatına görə, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahənin işçilərini yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmək məqsədilə İsmayıllı rayonu ərazisində yerləşən “İsmayıllı Resort” otelində, "Qız qalası" və “Qaya” istirahət mərkəzində, Qəbələ rayonu ərazisində yerləşən “Duyma” istirahət mərkəzində, “Qafqaz Gabala City” və “Qafqaz yeddi gözəl” otelində növbəti maarifləndirmə tədbirlərini keçirib.

Tədbirlərdə obyekt rəhbərlərinin yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsən məsuliyyət daşıdıqları, bütün işçilərin yanğın təhlükəsizliyi qaydalarını bilmələri və bu qaydalara ciddi şəkildə riayət etmələri xüsusi olaraq vurğulanıb. Eyni zamanda, binanın eləcə də binaətrafı ərazinin təmiz saxlanılması, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının tələbləri, yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələblərinə ciddi əməl olunması barədə ətraflı söhbət aparılıb, işçi heyətə yanğınların ilkin mərhələdə söndürülməsi üçün nəzərdə tutulmuş avadanlıq və vasitələrdən istifadə qaydaları izah olunub, suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR