FHN: Nabranda baş verən yanğın söndürülüb - VİDEO

FHN: Nabranda baş verən yanğın söndürülüb - <span class="red_color">VİDEO
# 18 iyun 2021 16:36 (UTC +04:00)

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında meşə və meşəətrafı zonada baş vermiş yanğın söndürülüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, mürəkkəb relyefin, isti və küləkli hava şəraitinin yanğının söndürülməsinə mane olmasına baxmayaraq, nazirliyin əraziyə cəlb olunmuş qüvvələrinin peşəkar fəaliyyəti nəticəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR