FHN: Ötən gün 25 yanğına çağırış olub, 10 nəfər xilas edilib

FHN: Ötən gün 25 yanğına çağırış olub, 10 nəfər xilas edilib
# 28 may 2021 12:39 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 10 nəfər xilas edilib, 1 nəfər xəsarət alıb.

Həmçinin, Gəncə şəhəri, Kəpəz rayonu, N. Gəncəvi prospektində fərdi yaşayış evində baş verən yanğında yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi 1957-ci il təvəllüdlü Əliyev Füzuli Ələkbər oğlunun meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR