FHN: Ötən gün 33 yanğına çıxış olub, 3 nəfər xilas edilib, 5 nəfər təxliyə olunub

FHN: Ötən gün 33 yanğına çıxış olub, 3 nəfər xilas edilib, 5 nəfər təxliyə olunub
# 11 noyabr 2021 11:25 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, yanğın zamanı 5 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Həmçinin, Bakı şəhəri, Nəsimi rayonunda güclü külək səbəbindən küçədə dayanan avtomobilin üzərinə aşaraq yolda hərəkəti məhdudlaşdıran ağacın xilasedicilər tərəfindən ərazidən götürülməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR