FHN: Ötən gün 5 nəfər xilas edilib, 2 nəfərin meyiti tapılaraq təhvil verilib

FHN: Ötən gün 5 nəfər  xilas edilib, 2 nəfərin meyiti tapılaraq təhvil verilib
# 19 iyun 2021 12:54 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 86 yanğına çıxış, 1 nəqliyyat qəzası və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən Kür çayının Yevlax şəhərindən keçən hissəsində nəzarətsiz ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib, 2 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR