FHN: Ötən gün 56 yanğına çağırış olub, 1 nəfər qeyri-çimərlik ərazidə batan şəxsin meyiti tapılıb

FHN: Ötən gün 56 yanğına çağırış olub, 1 nəfər qeyri-çimərlik ərazidə batan şəxsin meyiti tapılıb

© APA | Fövqəladə Hallar Nazirliyi

# 31 iyul 2021 12:54 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 56 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.

Sabunçu rayonunda dənizdə qeyri-çimərlik ərazidə batan 1988-ci il təvəllüdlü Xankişiyev Xəyal Bəymirzə oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR