FHN: Ötən gün 66 yanğına çağırış olub, 11 nəfər xilas edilib

FHN: Ötən gün 66 yanğına çağırış olub, 11 nəfər xilas edilib
# 04 iyun 2021 11:18 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 66 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 11 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Nəsimi rayonunda 1962-ci il təvəllüdlü Ələsgərova Rübabə Arif qızının meyiti mənzildə bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR