FHN: Ötən sutka 10 yanğına çıxış olub, 11 nəfər xilas edilib

FHN: Ötən sutka 10 yanğına çıxış olub, 11 nəfər xilas edilib
# 15 noyabr 2021 10:38 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 10 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 11 nəfər, o cümlədən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində fərdi evin tikintisi zamanı pilləkəninin uçması nəticəsində uçqun altında qalan 1 nəfər və Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında batma təhlükəsi olan 1 nəfər xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR