FHN: Ötən sutka 4 qəza-xilasetmə əməliyyatı həyata keçirilib - VİDEO

FHN: Ötən sutka 4 qəza-xilasetmə əməliyyatı həyata keçirilib - VİDEO
# 17 oktyabr 2021 11:32 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
APA-nın FHN-ə istinadən verdiyi məlumata görə, Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış, o cümlədən 2 halda avtomobildə baş vermiş yanğın faktı, 1 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1 nəfər xilas olunub. Həmçinin, Quba rayonu, Zərdabi qəsəbəsində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1999-cu il təvəllüdlü Allahverdiyev Məhəmməd Kamil oğlunun, 1973-cü il təvəllüdlü Allahverdiyev Kamil Atabala oğlunun və 1969-cu il təvəllüdlü Məmmədrəhimov Şamil Həsənbala oğlunun meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

© APA | FHN-nin qəza-xilasetmə əməliyyatları

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR