FHN: Ötən sutka 46 yanğına çıxış olub, 3 nəfər xilas edilib

FHN: Ötən sutka 46 yanğına çıxış olub, 3 nəfər xilas edilib
# 28 sentyabr 2021 11:12 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 46 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Nəsimi rayonunda 1953-cü il təvəllüdlü Kupriyanova Nina Yevgenyevnanın və Bakı şəhərinin Xəzər rayonunda 1932-ci il təvəllüdlü Ukalova Klavdiya Samyonovnanın meyitləri mənzildə bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR