FHN: Ötən sutka ərzində 54 yanğına çıxış olub, 4 nəfər xilas edilib - VİDEO

FHN: Ötən sutka ərzində 54 yanğına çıxış olub, 4 nəfər xilas edilib - VİDEO
# 20 may 2021 10:49 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın FHN-ə istinadən məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 54 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 4 nəfər, o cümlədən Abşeron rayonunun Novxanı kəndi ərazisində dənizdə batma təhlükəsi ilə üzləşmiş 1 nəfər dalğıc-xilasedicilərin çevik müdaxiləsi sayəsində xilas olunub.

© APA | Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR