FHN: Ötən sutkada 90 yanğına çıxış olub, 3 nəfər xilas edilib

FHN: Ötən sutkada 90 yanğına çıxış olub, 3 nəfər xilas edilib
# 12 iyul 2021 11:38 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istionadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 90 yanğına çıxış, 2 nəqliyyat qəzası, 1 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər, o cümlədən avtoqəza nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib, 1 nəfərin intihara cəhdinin qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR