FHN: Ötən sutkada batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib

FHN: Ötən sutkada batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib
# 28 iyun 2021 10:54 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 118 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 9 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər və intihara cəhd edən 1 nəfər xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR