FHN: Qızılağac qoruğu ərazisində yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür - VİDEO

FHN: Qızılağac qoruğu ərazisində yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür - VİDEO
# 27 avqust 2021 17:43 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğınla bağlı məlumat yayıb.

FHN-dən APA-ya verilən xəbərdə bildirilir ki, məlumat verildiyi kimi, bu gün Lənkəran şəhəri, Balıqçılar qəsəbəsi yaxınlığında Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində başlamış yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.

Hazırda yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir.

Yanğının söndürülməsini mütəmadi güclənən küləkli hava çətinləşdirir.

İlkin məlumata əsasən, ərazidə 10 ha sahədə əsas etibarilə, kol-kos və qurumuş ağac kötükləri yanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR