FHN: Şəmkirdə körpüdən asılı qalan avtomobildəki sürücü xilas edilib - VİDEO

FHN: Şəmkirdə körpüdən asılı qalan avtomobildəki sürücü xilas edilib - VİDEO
# 18 noyabr 2021 10:54 (UTC +04:00)

Bu gün gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində içərisində bir nəfərin olduğu avtomobilin körpüdən asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumat əsasında nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1991-ci il təvəllüdlü Rüstəmov Orxan Əvəz oğlunun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobilinin körpü üzərində qəzaya uğradığı və nəticədə vətəndaş içərisində olmaqla avtomobilin körpüdən asılı vəziyyətdə qaldığı müəyyən edilib.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə avadanlıqlarından istifadə etməklə vətəndaşı avtomobildən çıxararaq xilas ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR