FHN Tərtərdə seminar-müşavirə keçirib

FHN Tərtərdə seminar-müşavirə keçirib

© APA | FHN Tərtərdə seminar-müşavirə keçirib

# 30 noyabr 2021 17:04 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Tərtər Rayon İcra Hakimiyyətində "Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, seminar-müşavirədə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən daxili xidmət polkovniki Elnur Babayev, Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, Tərtər Regional Qaz İstismar İdarəsinin baş mühəndisi İlqar Nəsirov, Tərtər Elektrik Şəbəkəsinin Baş mühəndisi Sərvan Məmmədov, Tərtər rayon Mənzil İstismar İdarəsinin rəisi Hafiz Ələkbərov, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbər işçiləri, habelə, rayon inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak ediblər.

Tədbirdə payız-qış mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirlərindən söz açılıb, yanğına qarşı su təchizatı sistemlərinin saz vəziyyətə gətirilməsi, yaşayış binalarının çardaq sahələrinin yanar tullantılardan təmizlənməsi və mövcud taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulmasının vacibliyi qeyd olunub. Seminar-müşavirədə, həmçinin, elektrik və qaz işlədicilərindən istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunması üçün əhalinin maarifləndirilməsinin əhəmiyyətindən danışılıb.

Tədbirin sonunda mövcud problemlər müzakirə olunub, FHN-əməkdaşları tərəfindən suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR