FHN üç rayonda yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib - FOTO

FHN üç rayonda yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib - FOTO
# 11 iyun 2021 16:53 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsi əməkdaşlarının iştirakı ilə Qəbələ rayonu, Şahdağ Milli Parkının Qəbələ bölməsinin nümayəndələri üçün, habelə Zaqatala rayonu, Muğanlı meşəbəyliyinin 5 saylı dolayında və Ağsu rayonun meşə ərazilərinə yaxın yerləşən ictimai-iaşə obyektlərində “Meşələri yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, tədbirlərdə adıçəkilən müəssisələrin əməkdaşları iştirak edib. Tədbir iştirakçılarına ilkin yanğınsöndürmə alət və vasitələrindən istifadə üsulları, meşələrdə və meşələrə yaxın ərazilərdə yerləşən ictimai-iaşə obyektlərində yanğın təhlükəsizliyi qaydaları barədə geniş məlumat verilib, mövzu ilə bağlı suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR