FHN üç rayonda yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib

FHN üç rayonda yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib
# 09 iyun 2021 16:56 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Ağstafa rayonunun Muğanlı kəndi ərazisində Qarayazı Dövlət Təbiət Qoruğunda, Qazax rayonunun Daş Salahlı kəndində Avey Dövlət Tarix Mədəniyyət Qoruğunun Damcılı filialında və Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin Cırdaxan meşəbəyliyinin 15 saylı meşə dolayında “Meşələri yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, tədbirlərdə adıçəkilən müəssisələrin əməkdaşları iştirak edib. Tədbir iştirakçılarına ilkin yanğınsöndürmə alət və vasitələrindən istifadə üsulları, meşələrdə və meşələrə yaxın ərazilərdə yerləşən ictimai-iaşə obyektlərində yanğın təhlükəsizliyi qaydaları barədə geniş məlumat verilib və mövzu ilə bağlı suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR