FHN: Xaçmazda baş vermiş yanğın söndürülüb

FHN: Xaçmazda baş vermiş yanğın söndürülüb
# 18 iyun 2021 14:42 (UTC +04:00)

Xaçmaz rayonunun Niyazoba kəndi yaxınlığında meşə və meşəətrafı zonada, o cümlədən biçilmiş və biçilməmiş taxıl, quru ot və kol-kosdan ibarət sahələrdə baş vermiş yanğın söndürülüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, mürəkkəb relyefin, isti və küləkli hava şəraitinin yanğının söndürülməsinə mane olmasına baxmayaraq, nazirliyin əraziyə cəlb olunmuş qüvvələrinin peşəkar fəaliyyəti nəticəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib.

Qeyd edək ki, dünən başlayan yanğının söndürülməsinə Nazirliyin Aviasiya dəstəsinin helikopteri də cəlb olunmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR