FHN yanğına qarşı təbliğat tədbirləri keçirib - FOTO

Yanğına qarşı təbliğat tədbiri

© APA | Yanğına qarşı təbliğat tədbiri

# 14 oktyabr 2021 18:19 (UTC +04:00)

Fövəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində inşa olunan uşaq bağcasının, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən isə Gəncə şəhərində inşa olunan yaşayış binasının tikinti meydançasında yanğına qarşı təbliğat tədbiri keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, inşa olunan obyektlərin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlərdə tikinti-quraşdırma işləri icra edərkən, eləcə də inzibati və ictimai binalarda, o cümlədən məişətdə yanğın təhlükəsizliyi qaydalarına dair ətraflı məlumat verilib. Ərazinin daim təmiz vəziyyətdə saxlanılması, təxliyyə yollarının qaydaların tələblərinə cavab verməsi, yanğın zamanı davranış qaydaları, ilkin yanğınsöndürmə vasitələrinin iş qaydaları, yanğına qarşı su təchizatı qurğularının daim saz vəziyyətdə saxlanılmasının vacibliyi qeyd olunub.

Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR