Fuad Qəhrəmanlının qızına cinsi təcavüzdə şübhəli bilinən şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

Fuad Qəhrəmanlının qızına cinsi təcavüzdə şübhəli bilinən şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
# 21 oktyabr 2021 17:58 (UTC +04:00)

Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmalıya cinsi təcavüz etməkdə şübhəli bilinən şəxs həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağazadə Əsgər Yusif oğluna Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu gün istintaq orqanının təqdimatı əsasında Ə. Ağazadə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR